Bank Of Baku

UEFA Millətlər Liqası: "Pley-off"un püşkü atılıb, Türkiyə yığmasının rəqibi bəlli olub

UEFA Millətlər Liqası: "Pley-off"un püşkü atılıb, Türkiyə yığmasının rəqibi bəlli olub
# 22 noyabr 2024 15:40 (UTC +04:00)

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olub.

B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bəlli olub. “Ay-ulduzlular” bu mərhələdə Macarıstanla qarşılaşacaq.

Qeyd edək ki, oyunlar martda təşkil ediləcək.

Millətlər Liqası

1/4 final cütləri:

Niderland - İspaniya

Danimarka - Portuqaliya

Xorvatiya - Fransa

İtaliya - Almaniya

A/B Liqasının pley-off mərhələsi:

Türkiyə - Macarıstan

Ukrayna - Belçika

Avstriya - Serbiya

Yunanıstan - Şotlandiya

B/C Liqasının pley-off oyunları:

Kosovo - İslandiya

Bolqarıstan - İrlandiya Respublikası

Ermənistan - Gürcüstan

Slovakiya - Sloveniya

C/D Liqasının pley-off mərhələsi:

Cəbəllütariq - Latviya

Malta - Lüksemburq

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR