Qüdsdə baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb

Qüdsdə baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb
# 21 iyul 2017 19:30 (UTC +04:00)

Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb.

APA-nın xəbərinə görə, bu barədə Fələstinin rəsmi “VAFA” agentliyi məlumat verib.

Məlumata görə, polislə toqquşmalar zamanı 200-dən çox fələstinli xəsarət alıb.

İsrail polisinin məlumatına görə, iğtişaşlar nəticəsində 4 asayiş keşikçisi yaralanıb, 9 aksiyaçı saxlanılıb.

Kütləvi iğtişaşlara "Əl-Aqsa" məsçidi qarşısında metal detektorlarının quraşdırılması, məscidin müvəqqəti bağlanılması və cümə namazlarına qadağa qoyulması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR