Bank Of Baku

UEFA “Qarabağ”ı 30 min avroya yaxın cərimələyib

UEFA “Qarabağ”ı 30 min avroya yaxın cərimələyib
# 23 sentyabr 2024 12:13 (UTC +04:00)

UEFA “Qarabağ”ı cərimələyib.

Apasport.az xəbər verir ki, klub Çempionlar Liqasında keçirdiyi 2 matçdan sonra 28,500 avro məbləğində cərimə edilib.

Bolqarıstanda “Ludoqorets” komandasına 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında Ağdam təmsilçisi "düzgün olmayan davranış" səbəbindən 6,000 avro cərimələnib.

Daha ağır cərimə isə “Qarabağ”-ın Bakıdakı pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandasına 0:2 hesabı ilə uduzduğu qarşılaşma üçün verilib. Bu matçda "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" səbəbilə klub 22,500 avro ziyana düşüb.

Detal qeyd olunmasa da, cəzanın böyük ehtimalla trubunalardan yüksələn "UEFA-mafia" şüarıyla əlaqədar olduğu düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR