UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
# 18 aprel 2025 10:15 (UTC +04:00)

Avrokubokların 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişməyib.

Apasport.az xəbər verir ki, ölkəmiz hazırda 19.625 reytinq xalı ilə 30-cu pillədə qərarlaşıb.

Azərbaycanın bir pillə üstündə – 29-cu yerdə 19.875 xalla Bolqarıstan yer alıb. 31-ci sırada isə 14.968 əmsalla İrlandiya qərarlaşıb.

Qeyd edək ki, UEFA-nın milli assosiasiyalar reytinqinə 112.553 xalla İngiltərə başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR