“DəmirBank” faizsiz komissiya ilə manatla kreditləşməni davam etdirir

“DəmirBank” faizsiz komissiya ilə manatla kreditləşməni davam etdirir
# 07 sentyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” manatla istehlak kreditlərinin verilişini davam etdirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, manatla kredit əldə etmək istəyən müştərilər artıq “DəmirBank”ın istənilən filialına müraciət etməklə istehlak kreditlərindən yararlana bilərlər.

Qeyd edək ki, bank həm manatla, həm də ABŞ dolları ilə olan istehlak kreditlərinə 0% komissiya tətbiq edib. “DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR