Bank Of Baku

Ukrayna rusların işdən çıxarılması xahişi ilə UEFA-ya müraciət edib

Ukrayna rusların işdən çıxarılması xahişi ilə UEFA-ya müraciət edib
# 04 avqust 2023 02:26 (UTC +04:00)

Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya nümayəndələrinin qurumdakı işindən uzaqlaşdırılması xahişi ilə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib. Bundan sonra Rusiyanın müxtəlif yaşlı klubları və komandaları yalnız yoldaşlıq oyunları keçirib.

Avqustun əvvəlində UEFA-nın rəsmi saytında qurumun müxtəlif komitələrinə 15 rusiyalının daxil olması barədə məlumat yayılıb. Onların səlahiyyətləri 2027-ci ilə qədər müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR