Şirvan şəhər sakinindən xeyli sayda odlu silah-sursat götürülüb

Şirvan şəhər sakinindən xeyli sayda odlu silah-sursat götürülüb
# 05 mart 2018 08:34 (UTC +04:00)

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TOZ” 8 markalı tüfəng, 1 ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid 7 ədəd patron və 1 ədəd içərisində 6 ədəd patron olan “Revolver” tipli tapança aşkar olunaraq götürülüb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR