ABŞ İŞİD liderinin sağ olduğunu hesab edir

ABŞ İŞİD liderinin sağ olduğunu hesab edir
# 01 sentyabr 2017 04:59 (UTC +04:00)

ABŞ İŞİD lideri Əbu Bəkr əl Bağdadinin sağ olduğunu hesab edir və onun axtarışı ilə məşğul olmaqda davam edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu koalisiya komandanı amerikalı general Stiven Taunsend deyib.

“Düşünmürəm ki, əl Bağdadi sağ deyil. Biz hər gün onu axtarmaqda davam edirik. O sağ olmasa, biz məmnun olarıq”, - deyə general brifinq zamanı deyib.

Stiven Taunsendin sözlərinə görə, əl Bağdadinin sağ olduğuna işarə verən müəyyən kəşfiyyat məlumatları mövcuddur: “O, nə İraqda, nədə ki Rəqqadadır, çox ehtimal ki, Fərat vadisinin mərkəzindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR