Zaqatalada restoran yanıb - FOTO - YENİLƏNİB

Zaqatalada restoran yanıb - FOTO - YENİLƏNİB
# 06 mart 2019 18:52 (UTC +04:00)

Zaqatalada restoranda baş verən yanğın söndürülüb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayon sakini, Ayna Əhməd qızı Əliyevaya məxsus, ümumi sahəsi 260 kv/m olan restoranda baş verən yanğın tam söndürülüb.

Yanğın nəticəsində restoranın binasının dam örtüyü və bir-neçə otağın tavanı ümumilikdə 100 kv/m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənmə halı baş verməyib.

Faktla bağlı araşdırma aparılır.

Saat 18:02

***

Zaqatalada “Görüş” restoranında yanğın başlayıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 17 radələrində Zaqatala şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə “Görüş” restoranında yanğın baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR