Dələduzluqda təqsirləndirilən qadınla bağlı hökmün icrası təxirə salınıb

Dələduzluqda təqsirləndirilən qadınla bağlı hökmün icrası təxirə salınıb
# 26 yanvar 2018 08:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən V. Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onun azyaşlı uşağı on dörd yaşına çatana kimi hökmün icrası təxirə salınıb.

V. Qurbanova həbs edilməyib.

Qeyd edək ki, V. Qurbanova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR