Heydər Əliyev adına NEZ-də müasir texnoloji qurğular inşa ediləcək - FOTOSESSİYA

Heydər Əliyev adına NEZ-də müasir texnoloji qurğular inşa ediləcək - <span style="color: red;">FOTOSESSİYA
# 31 iyul 2015 12:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Yanacaq enerji təhlükəsizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının “AVRO 5” ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili tələbatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, “Azərkimya” İB-in xammal ilə etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə yaxın gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparmaqla, müasir texnoloji qurğular inşa ediləcək.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə SOCAR və “Dövlət Aerogeodeziya Müəssisəsi” MMC arasında bağlanan müqaviləyə əsasən zavodun ərazisində Topoqrafik Tədqiqat işlərinin-birinci dərəcəli geodeziya işarələrinin quraşdırılması mərhələsinə start verilib.

NEZ ərazisində yeni geodeziya və nivelir məntəqələrinin koordinat yüksəkliklərinin təyin edilib hesablanması, nivelir nişanlarının quraşdırılması işləri nəzərdə tutulan birinci pilləli sahə işlərin qrafikinə daxildir və bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

Bu günlərdə növbəti mərhələdə bu işlərin davamı olaraq, zavodda topoqrafik tədqiqatın həyata keçirilməsi üçün texniki təkliflərini təqdim edən “SOCAR-Foster Wheeler” və “SOCAR-Fugro” LLC birgə müəssisələrinin mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə zavodun yeni texnoloji qurğularının inşa olunacağı ərazilərdə görüləcək topoqrafiq tədqiqat işlərinin aparılması üçün qabaqlayıcı tədbirlər, sağlamlıq, ətraf mühitin qorunması, texniki təhlükəsizlik və s. məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR