ADİU tələbəsinin Avropa Oyunlarına həsr olunmuş fotosərgisi açılıb - FOTOSESSİYA

ADİU tələbəsinin Avropa Oyunlarına həsr olunmuş fotosərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyun 2015 12:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi keçirilir.

ADİU marketinq və kommunikasiya departamentindən APA-ya bildirilib ki, sərginin təşkil olunmasında əsas məqsəd Birinci Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.

ADİU-nun Texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət fotoları sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Paytaxt sakinləri və turistlərin marağına səbəb olan sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.

“Azərbaycan təbiəti Bakı məşəlinin işığında” adlı fotosərgi iyunun 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR