İrina Zaretska: "Azərbaycan himnini oxuyacağıma söz vermişdim, oxudum və fəxr hissi duyuram" - FOTO - VİDEO

İrina Zaretska: "Azərbaycan himnini oxuyacağıma söz vermişdim, oxudum və fəxr hissi duyuram" - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 iyun 2015 16:23 (UTC +04:00)

Bakı - APA. "Öncədən demişdim ki, bu yarışda qızıl medal qazansam, fəxri kürsüyə çıxacam və himnimizi oxuyacam. Bu da oldu: Azərbaycan himini oxudum və bununla fəxr hissi duyuram". Bunu apasport.az saytına "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan millisinin aktivinə növbəti qızıl medal yazdıran İrina Zaretska deyib.

Qadın karateçilər arasında 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan 19 yaşlı idmançı hisslərini bu fikirlərlə ifadə edib: "Ən güclü rəqibim finalda avstriyalı idmançı oldu. O, bu il Avropa çempionu olmuşdu. Bundan əvvəlki oyunlarda həmin idmançıya 0:4 hesabı ilə uduzmuşdum. Biləndə ki, mənim rəqibim finalda həmin adam olacaq, ciddi hazırlaşdım ki, onu məğlub edim. Həmişəki səhvlərimi təkrar etməməyə çalışdım ki, ikinci olmayım. Məşqçimin dediyi kimi, oyun oynayırsansa, özünü göstərməyi bacarmalısan. Finalda isə itirilən bütün xallarımı qaytardım".

Qeyd edək ki, bununla karate millimiz I Avropa Oyunlarını 4 qızıl medalla tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR