Bank Of Baku

“Bakcell” Bakıda keçiriləcək Çimərlik Futbolu üzrə Avropa Kubokunun sponsoru olub

“Bakcell” Bakıda keçiriləcək Çimərlik Futbolu üzrə Avropa Kubokunun sponsoru olub
# 27 avqust 2014 15:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkətinin sponsorluğu ilə avqustun 28-31-də Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turniri keçiriləcək.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edəcək.

 

Turnir oyunları “Jumeirah Bilgah Beach” otelinin çimərlik futbolu meydançasında keçiriləcək. Azarkeşlər üçün giriş pulsuzdur. “Bakcell” şirkəti milli komandamıza uğurlar arzu edir və bütün həmyerlilərimizi millimizə dəstək olmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR