Bank Of Baku

“Barselona” İspaniya çempionu olub

“Barselona” İspaniya çempionu olub
# 18 may 2015 07:10 (UTC +04:00)

Bakı – APA. İspaniya La Liqasında 2014/15 mövsümünün çempionu müəyyənləşib. APA-nın məlumatına görə, XXXVII turda “Atletiko”nun qonağı olan “Barselona” intriqanın son tura qalmasına imkan verməyib.

 

Lionel Messinin 65-ci dəqiqədə vurduğu yeganə qol sayəsində Madriddən 1:0 hesablı qələbə ilə dönən Kataloniya təmsilçisi son tur öncəsi ən yaxın izləyicisi “Real”la 4 xallıq fərqi qoruyub. Beləliklə, aktivində 93 xal olan “Barselona” çempionluğunu rəsmən elan edib.

 

Barselonada “Espanyol” üzərində böyükhesablı (4:1) qələbə qazanan “Real” isə mövsümü titulsuz başa vuracaq.

 

Bununla, “Barselona” tarixində 23-cü çempionluğunu qazanıb. Kataloniyalılar həm də birillik fasilədən sonra qızıl medalların sahibi olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR