Ötən ay BTC kəməri ilə nəql olunan neftin həcmi azalıb

Ötən ay BTC kəməri ilə nəql olunan neftin həcmi azalıb
# 06 avqust 2014 07:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 544 060 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17 087 200 ton neft ötürülüb ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3,6% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-ə qədər BTC-yə 252 228 793 ton neft vurulub. Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə ümumilikdə 418 773 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR