Bank Of Baku

“Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər

“Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər
# 28 iyul 2015 14:24 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan “Neftçi” baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi.

 

28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets", "Nafteks", "Sliven 2000", "Lyubimets 2007", "Minyor” (Pernik) və "Beroe” klublarında çıxış edib. Onun sonuncu komandası "Levski” olub.

 

Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR