Bank Of Baku

“Neftçi” səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib

“Neftçi” səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib
# 25 iyul 2014 02:51 (UTC +04:00)

Bakı-APA. Bakının “Neftçi” klubu 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə,  paytaxt təmsilçisi Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb.
 
Böyükağa Hacıyevin yetirmələri Sloveniyada “Koper”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Neftçi” mərhələ adlamaq üçün çətin işin öhdəsindən gəlib. Komandamız səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
 
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
24 iyul


"Koper" (Sloveniya) - "Neftçi" - 0:2


Qollar: Mirhüseyin Seyidov, 21; Karlos Kardoso, 84
Qırmızı vərəqə:  Yaka Ştromayer ("Koper")

Baş hakim: Benoit Millot (Fransa)

Koper. SRC Bonifika stadionu

 

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcək.
 
“Çuxura” II təsnifat mərhələsində Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb. Həm Türkiyədə keçirilən birinci oyun, həm də Gürcüstandakı ikinci oyun 0:0 hesabı ilə başa çatıb. Əlavə olunan vaxt da qalibi müəyyənləşdirmədiyindən, oyundan sonrakı penaltilər seriyası təyin olunub. Penaltilər seriyasında “Çuxura” daha dəqiq olaraq (4:1), növbəti mərhələyə adlayıb.
 
Qeyd edək ki, “Neftçi” və “Çuxura” bu mövsümə hazırlıq zamanı Türkiyədə 2 yoxlama oyununa çıxıblar. “Neftçi” ilk oyunda gürcülərə 3:2 hesabı ilə məğlub olub. İkinci yoxlama görüşü isə 1:1 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR