Bank Of Baku

“Neftçi” və “Qarabağ” klublarının ilk oyunlarının vaxtı dəqiqləşib

“Neftçi” və “Qarabağ” klublarının ilk oyunlarının vaxtı dəqiqləşib
# 12 avqust 2014 10:24 (UTC +04:00)


Bakı – APA. Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Partizan” (Serbiya) - “Neftçi” (Azərbaycan) oyununun vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 21-də Belqradda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. Bu qarşılaşma “Partizan”a məxsus eyniadlı stadionda keçiriləcək.

“Qarabağ” və “Tvente” arasında avqustun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, cavab oyunları avqustun 28-də Bakıda baş tutacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR