Bank Of Baku

“Partizan”ın prezidenti: “İlk turda qələbə qazandıq, növbədə “Neftçi”dir”

“Partizan”ın prezidenti: “İlk turda qələbə qazandıq, növbədə “Neftçi”dir”
# 12 avqust 2014 10:17 (UTC +04:00)

Bakı – APA. “Ölkə çempionatında qələbə qazansaq da, yaxşı oyun göstərə bilmədik. “Vozdovaç”la görüşdə zəif təsir bağışladıq. Amma bunu Avroliqa matçında təkrarlamamalıyıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Partizan” klubunun prezidenti Draqan Duriç deyib.

Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Belqrad təmsilçisinin rəhbəri komandasının çıxışından danışıb: “Mən Marko Nikoliçin istefa vermək kimi bir niyyətinin olmasına şərh vermək istəmirəm. Əsas odu çempionatın ilk turunda qələbə qazandıq və indi növbədə “Neftçi”di. Azarkeşlər baş məşqçini komandada görmək istəmirlərsə, bu, onların öz işləridi. “Partizan” həmişə iddialı olub, olacaq da”.

Komandasının “Neftçi”yə qalib gəlməli olduğunu bildirən Duruçin sözlərinə görə, bu oyunlara ciddi hazırlaşacaqlar: “Ümid edirəm ki, komandanın əsas futbolçuları Danilo Pantiç, Danko Lazoviç və Andriya Zivkoviç başqa komandaya getməyəcəklər. Komandamızın hədəfləri böyükdü. Avroliqada bizi “Neftçi” kimi komanda ilə oyunlar gözləyir. Mərhələ adlamaq üçün var gücümüzlə çalışacağıq. İlk oyunumuz evdə, ikinci matçımız isə Bakıdadı. Çempionlar Liqasındakı uğursuz çıxışı burada unutduracağıq. Mən baş məşqçimiz Marko Nikoliçə də güvənirəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR