Bank Of Baku

“Qarabağ” Avropa klublarının reytinq siyahısında irəliləyib

“Qarabağ” Avropa klublarının reytinq siyahısında irəliləyib
# 01 avqust 2014 11:19 (UTC +04:00)

Bakı – APA. Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu həftə baş tutan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.

 

Siyahıda Azərbaycanın 7 komandası da yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı göstərici "Neftçi"yə məxsusdu.

 

Paytaxt təmsilçisi ötən həftə olduğu kimi, yenə 181-ci sıradadı. Bakılılar 8,150 xala malikdi.

 

Bir pillə irəliləyən “Qarabağ” 191-ci yerdədi. 7,650 xala malik Ağdam təmsilçisi “Neftçi”dən yarım xal geri qalır.

 

"İnter" isə  4,650 xalla 268-cidir. Bakılılar son həftədə 3 pillə irəliləyib. "Xəzər Lənkəran" 3,900 xalla 298-ci, "Bakı" 2,900 xalla 350-ci, "Qəbələ" və AZAL isə hərəyə 2,400 xalla 378-ci yerə şəriklər arasındadı.

 

Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya “Real”ı başçılıq edir - 143,328 xal.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR