APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri bu mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Gərgin keçən oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
30 iyul
“Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) - 2:1
Qollar: Danilo Dias, 2; Reynaldo, 86 - Kristian Şveqler, 77
Qırmızı vərəqə: Kristian Şveqler, Admir Teli
Baş hakim: Sergey Boyko