Bank Of Baku

“Qarabağ” reytinq siyahısında mövqeyini qoruyub

“Qarabağ” reytinq siyahısında mövqeyini qoruyub
# 31 iyul 2015 11:32 (UTC +04:00)

Bakı – APA. Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

 

Hesabına 0,025 xal əlavə edən “ağ-qaralar” aktivini 11,475-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 132-ci pillədəki mövqeyini qoruyub.

 

Qitənin 456 komandasının yer aldığı siyahıda daha 6 təmsilçimiz qərarlaşıb. “Neftçi” 9,225 xalla qitənin 160-cısıdı. Bakılılar ötən həftə ilə müqayisədə iki pillə geriləyib.

 

Xal hesabını 4,975-ə çatdıran “İnter” 254-cü yerdə qalıb. 2 pillə geriləyən “Xəzər Lənkəran” (3,975) 290-cı pilləyə düşüb.

 

Bir pillə geriləyən “Qəbələ” (3,725) 303-cü yerdədi. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,725) 351-ci yerə şərikdi.

 

Siyahıya 142,842 xalı olan İspaniya “Real”ı başçılıq edir. Təmsilçilərimizin rəqiblərindən İspaniya “Atletik”i 54,842 xalla 27-ci, Şotlandiya “Seltik”i 38,710 xalla 45-ci, Kipr “Apollon”u 10,285 xalla 144-cüdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR