“Qarabağ” və “Neftçi” klublarının oyunlarının vaxtı dəyişdirilib
19 avqust 2014 12:37 (UTC +04:00)
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Neftçi” klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən, onların III turdakı matçlarının vaxtı dəyişdirilib.
Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib.
Belə ki, “Araz Naxçıvan” – “Qarabağ” qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – “Neftçi” görüşü isə avqustun 25-də baş tutacaq.
Futbol
Almaniya futbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
18:12
16 may 2024
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi məlum olub
14:27
16 may 2024
İngiltərədə futbolda VAR sisteminin ləğvi məsələsinə baxılacaq
14:20
16 may 2024
“Yuventus” İtaliya kubokunun qalibi olub
01:55
16 may 2024