Bank Of Baku

“Qarabağ” və “Qəbələ”nin cavab qarşılaşmalarının başlama saatları bəlli olub

“Qarabağ” və “Qəbələ”nin cavab qarşılaşmalarının başlama saatları bəlli olub
# 22 avqust 2015 05:17 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqası pley-off mərhələsi cavab qarşılaşmalarında “Qəbələ” Afinada “Panatinaikos”la, “Qarabağ” isə Bakıda “Yanq Boyz”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, artıq qarşılaşmaların başlama saatı müəyyənləşib.

 

Belə ki, Afinanın “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” – “Qəbələ” qarşılaşmasına avqustun 27-də Bakı vaxtı saat 23:00-da start veriləcək.

 

Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Yanq Boyz” matçı da eyni gündə, ancaq saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR