Bakı – APA. “Qarabağ”ın İtaliya “İnter”i ilə oyununun hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunun qarşılaşmasını Belarusdan olan hakimlər idarə edəcəklər.
Oktyabrın 2-də baş tutacaq qarşılaşmanın referisi Aleksey Kulbakov olacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüş Milan şəhərindəki "Cuzeppe Mearza" stadionunda keçiriləcək.
Avropa Liqası
Qrup mərhələsi
II tur
2 oktyabr
00:05. “İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN)
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Getsikov
Dördüncü hakim: Oleq Maslyanka
Əlavə hakim köməkçiləri: Sergey Sinkeviç, Denis Şerbakov (hamısı Belarus)
UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya)
Hakim-inspektor: Frank De Bleekere (Belçika)
Milan. "Cüzeppe Mearza" stadionu