Bank Of Baku

“Qəbələ” - “Apollon” görüşünün hakimlərinin adları açıqlanıb

“Qəbələ” - “Apollon” görüşünün hakimlərinin adları açıqlanıb
# 29 iyul 2015 12:27 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin “Apollon”la (Kipr) oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 6-da Bakıda təşkil olunacaq görüş portuqaliyalı Duarte Qomeşə həvalə edilib.

 

Ona həmyerliləri Luis Kampos, Venansio Tome və Bruno Payxao köməklik edəcəklər. Qarşılaşmada hakim-inspektor vəzifəsini xorvatiyalı Draqutin Polyak yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladislav Xodeyev (Rusiya) olacaq.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR