Bakı – APA. Avroliqanın ilkin təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) matçının hakimləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumu UEFA bu görüşü qazaxıstanlı hakimlər briqadasına tapşırıb.
Baş hakim Artyom Kuçinə həmyerliləri Yevgeni Belski, Rüstəm Suyunov və Denis İzmaylov kömək edəcək. Hakim-inspektor isə hollandiyalı Kornelis Bakkerdir.
Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” görüşü iyulun 3-də, Qəbələdə baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.