Bakı – APA. “Qəbələ” klubunun sabiq baş məşqçisi Fatih Kavlakın yeni iş yeri müəyyənləşib. Apasport.az xəbər verir ki, 2011/2012-ci illərdə “qırmızı-qaralar”da çalışan türkiyəli mütəxəssis bundan sonra “Trabzonspor”da işləyəcək.
O, Trabzon təmsilçisində yeni baş məşqçi Vahid Halilociçin köməkçisi olacaq.
Qeyd edək ki, Fatih Kavlakın son iş yeri elə “Qəbələ” olmuşdu.