“Qarabağ” və “Neftçi” klublarının oyunlarının vaxtı dəyişdirilib

“Qarabağ” və “Neftçi” klublarının oyunlarının vaxtı dəyişdirilib
# 19 avqust 2014 12:37 (UTC +04:00)
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Neftçi” klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən, onların III turdakı matçlarının vaxtı dəyişdirilib.
Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib.
Belə ki, “Araz Naxçıvan” – “Qarabağ” qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – “Neftçi” görüşü isə avqustun 25-də baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR