Poroşenko: “Malayziyaya məxsus təyyarənin qəzaya uğraması terror aktıdır”

Poroşenko: “Malayziyaya məxsus təyyarənin qəzaya uğraması terror aktıdır”
# 17 iyul 2014 20:11 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bəyan edib.

“Prezident vurulmuş təyyarə barəsində belə deyib: bu qəza və yaxud bədbəxt hadisə deyil, terror aktıdır”, - deyə Tseqolko bildirib.

Xatırladaq ki, bu gün Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” - 777 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfər ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR