Bank Of Baku

Məşhur futbolçu Vidalın atası 4 çanta kokainlə yaxalanıb - VİDEO

 Məşhur futbolçu Vidalın atası 4 çanta kokainlə yaxalanıb - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 14:17 (UTC +04:00)

Hadisə oğul Vidalın yeni komandasına transfer olduğu gün baş verib. İmza mərasimi günü yaxalanan 54 yaşlı Erasmo daha sonra sərbəst buraxılıb. Onun azadlığa buraxılmasının səbəbi məlum deyil.

 

Almaniya mətbuatı ata Vidalın narkotik alveri ilə illərdir, məşğul olduğunu yazır. Məlumata görə, 2011 və 2012-ci illərdə də həbs olunan Erasmonun evindən 100 çanta narkotik tapılıb. 2008-ci ildə isə mübahisə etdiyi oğlu Arturonu öldürməyə cəhd edib, bundan sonra onlar ayrılıblar.

 

Daha sonra anlaşmazlıq baş verdiyini deyən ata oğlundan üzr istəyib. Arturo Vidal isə baş verənlərə baxmayaraq, ailəsinə və atasına sahib çıxıb.

 

Qeyd edək ki, çilili Arturo Vidal “Bayern”lə 4 illik müqavilə imzalayıb. O, Almaniya klubundan bu müddətdə 62 milyon avro alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR