Miron Markoviç: “Qarabağ” sürpriz komandadır”

 Miron Markoviç: “Qarabağ” sürpriz komandadır”
# 05 sentyabr 2014 11:41 (UTC +04:00)

Bakı – APA. “Bizim üçün çətin qrupdu. Çünki burada İtaliya “İnter”i kimi nəhəng komanda var. Onlara qarşı oynamaq xoş olsa da, həm də çətindi”. Apasport.az xəbər verir ki, bu sözləri Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markoviç deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı Azərbaycan klubunu sürpriz komanda adlandırıb: “Sent Etyen” də çətin rəqibdi. Fransa klublarının nəyə qadir olduğunu hər kəs bilir. “Qarabağ”ı sürpriz komanda adlandırmaq olar. Onlar elə gözlənilmədən Hollandiyanın “Tvente”ni mübarizədən kənarlaşdırdılar. Düşünürəm ki, Azərbaycan təmsilçisi qrup mərhələsinin oyunlarında da sürpriz edəcək. Ümumiyyətlə, çox maraqlı qrupumuz”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR