Bank Of Baku

"Qarabağ" Çempionlar Liqasına səfər qələbəsi ilə başlayıb - VİDEO

"Qarabağ" Çempionlar Liqasına səfər qələbəsi ilə başlayıb - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 20:34 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” ilk sınağına səfərdə çıxıb.

 

Tarixində ilk dəfə bu yarışa qatılan komandamız Maltada “Valletta” ilə üz-üzə gəlib. 

 

Zəif rəqiblə qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” meydanı qələbə ilə tərk edib. 17-ci dəqiqədə Çumbinyonun qolu ilə fasiləyə üstün durumda yollanan təmsilçimiz fasilədən sonra fərqlənməyə yaxın olub.

 

Belə imkanlardan ən realı matçın sonlarına təsadüf edib. Amma 84-cü dəqiqədə Riçard Almeyda penaltidən yararlana bilməyib. Braziliyalı futbolçunun zərbəsini qapıçı zərərsizləşdirib.

 

Qeyd edək ki, Bakıdakı cavab oyunu iyulun 22-də baş tutacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

15 iyul

“Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qollar: Çumbinyo, 17

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR