APA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurmuşdur. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilmişdir. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılmışdır. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalmışdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanmışdır. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilmişdir və məsələyə müdaxilə etmələri tələb edilmişdir. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını almışdır. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etmişdir. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməmişdir. Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq”.
"Qəbələ" Kiprdəki qalmaqalla bağlı bəyanat yayıb - VİDEO
Xəbər Lenti
Zelenski Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa çağırıb
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Meloni Prezident İlham Əliyevə təşəkkür edib: İtaliya və Azərbaycan möhkəm əməkdaşlıq qurub
Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib
Səfir: “Tramp marşrutu”nun təməli gələn ilin əvvəlində qoyula bilər
“Novaya Gazeta” Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Rusiya Ukraynanın təhdidlərinə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib
Zaxarova Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə Bulqakovun sitatı ilə istehzalı cavab verib
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
Sərhəd açılacaqsa, Qars nə qazanacaq? – Üst-üstə düşməyən gözlənti və iqtisadi realllıq - TƏHLİL
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Rusiya ordusu Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasına dron zərbəsi endirib, yanğın başlayıb - FOTO - YENİLƏNİB
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - Avqust/2026
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib
İran ordusu müharibədə ABŞ-la İsrailin 370 təyyarə və dronunun məhv edildiyini bildirir
KİV: Trampın nümayəndələrinin Kiyevə səfəri sual altındadır, Uitkoff ehtiyat edir
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
NYT: Cenevrədəki danışıqlardan sonra ruslar Budanova Moskvaya getməyi təklif edib
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Budanov QRU rəhbəri və Yevgeni Priqojinlə mütəmadi əlaqə qurduğunu bildirib
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib
Metroya yaxın mənzil axtaranlar üçün Nərimanovda hansı seçimlər var? - ƏTRAFLI
Bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb
Hərbi Dəniz Qüvvələrinin həbs edilən bölmə rəisi azadlığa buraxılıb
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib
Avropa Parlamenti Ermənistan üçün gömrük rüsumlarının müvəqqəti olaraq ləğvini təsdiqləyib
Mərmərə dənizində 10 ekipaj üzvü ilə batan gəminin yeri müəyyənləşdirilib
Sabah Sabunçuda iki küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
NİİM azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı müraciət edib - VİDEO
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
Azərbaycan Niderlanda yeni səfir təyin edib
Yardımlıda arxeoloji qazıntı zamanı eradan əvvəl IX-X əsrlərə aid qalıqlar tapılıb - FOTO
Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA
Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
Ötən ay Bakı metrosundan istifadə edənlərin sayı 12%-dən çox azalıb
Kreml Uitkoffla Kuşnerin Moskvaya gözlənilən səfərinə münasibət bildirib
DYP Biləcəriyə gedən yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib
TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər - YENİLƏNİB
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq