Sumqayıtda mənzildən 51 yaşlı qadının meyiti tapılıb

Sumqayıtda mənzildən 51 yaşlı qadının meyiti tapılıb
# 01 dekabr 2014 09:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qarı arxasında 1953-cü il təvəllüdlü Dadaşova Bəhbuzə Mustafa qızı köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qarısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən B.Dadaşova hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR