İvitsa Daçiç: “İsveçrənin sədrliyi dövründə əldə olunan nailiyyətləri davam etdirməyə çalışacağıq”

İvitsa Daçiç: “İsveçrənin sədrliyi dövründə əldə olunan nailiyyətləri davam etdirməyə çalışacağıq”
# 05 dekabr 2014 19:18 (UTC +04:00)

APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu növbəti ildə ATƏT-in sədri vəzifəsini icra edəcək Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib. O qeyd edib ki, Serbiya hazırda sülh və təhlükəsizlik üçün təhdid yaradan çağırışlarla mübarizə aparmağa və İsveçrənin sədrliyi dövründə əldə olunan nailiyyətləri davam etdirməyə çalışacaq.

“Didyer Burxalter sədrliyi qəbul edərkən Ukrayna böhranın baş verəcəyini və bu böhranın bütün Avropa üçün vacib məsələyə çevriləcəyini gözləmirdi. Bu bir ildə meydana çıxan təhdidlər bütün Avropanı və dünyanı narahat etdi. 2015-ci ildə də görəcəyimiz xeyli işlər var. Əminəm ki, ortaya çıxan istənilən çağırışa hazır olacağıq.”, - deyə İ.Daçiç əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR