Bakı-APA. “Bakıdakı məğlubiyyətdən sonra qələbə qazanmaq vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.
Mütəxəssis Avstriya çempionatının III turunun “Rid”lə oyunundan sonra matç haqda fikirlərini açıqlayıb. Hütter Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda “Qarabağ”a 1:2 hesabı ilə uduzan yetirmələri üçün bu qələbənin (2:0) zəruriliyini vurğulayıb: “Çərşənbə günü tam fərqli oyun olacaq. Yəqin ki, “Qarabağ” böyük qüvvə ilə müdafiəyə çəkiləcək. Biz isə indidən həmin oyuna köklənmişik. Motivasiyamız böyükdür. Çox vacib qarşılaşma olacaq”.