Bank Of Baku

AFFA 3 klubu cəzalandırıb

AFFA 3 klubu cəzalandırıb
# 14 aprel 2015 10:06 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIX turunun oyunlarında baş verənlər qayda pozuntularına hüquqi qiymət verilib. Komitə 3 klub və 1 futbolçunu cəzalandırıb.

 

“Xəzər Lənkəran” – “Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə olunub. Qarşılaşmanın 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Alfred Sanko 1 oyun cəzalanıb, cənubluları 200 manat ziyana salıb.

 

“Qəbələ” – “Simurq” meydan sahiblərinin, “Sumqayıt” – “Bakı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR