Paytaxtda mənzildən 64 yaşlı kişinin meyiti tapılıb

Paytaxtda mənzildən 64 yaşlı kişinin meyiti tapılıb
# 19 iyul 2014 21:29 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda 64 yaşlı İsmayılov Telman Bəhram oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən T.İsmayılov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR