Bank Of Baku

AFFA UEFA ilə pilot layihəsinə start verib

AFFA UEFA ilə pilot layihəsinə start verib
# 15 iyul 2015 14:15 (UTC +04:00)

Bakı – APA. AFFA-nın inzibati binasında UEFA-nın pilot layihəsinin ilk mərhələsi çərçivəsində görüş keçirilib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov qitə futbol qurumunun rəsmiləri ilə bir araya gəlib.

 

Görüşdə baş katiblə yanaşı, UEFA-nın Futbol Təhsil Servisinin rəhbəri Frank Ludolf, Futbol kütləvililiyi panelinin üzvü Villi Hink, təlimatçısı Robin Russell, UEFA-nın kommersiya mütəxəssisləri Sin MakOliff və Tom Liston, AFFA-nın Texniki və Marketinq departamentlərinin, eləcə də, Qeydiyyat və Statistika, Uşaq və Gənclər üzrə yarışların təşkili, infrastruktur və könüllülər şöbələrinin üzvləri iştirak ediblər.

 

Qeyd edək ki, UEFA-nın pilot layihəsini Azərbaycan da daxil olmaqla ilk dəfə 6 ölkədə tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR