Bank Of Baku

Avropa Liqası: "Apollon" - "Qəbələ" - 1:1 - VİDEO

Avropa Liqası:  "Apollon"  - "Qəbələ"  - 1:1 - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 21:05 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu səfərdə keçirib.

 

Matçda hesabı ev sahibləri açıb. Ancaq oyunboyu təmsilçimizin üstünlüyü hiss olurdu. İlk hissədə ir neçə epizodda qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə mane olub.

 

"Qəbələ" ikinci hissəyə də aktiv başlayıb. Ancaq hücumlar son dəqiqədə bəhrə verib. Cərimə meydançası daxilində Stankoviçə qarşı kobudluğa görə təyin olunmuş penaltini soyuqqanlılıqla yerinə yetirən Cavid Hüseynov komandasına ümid verən qola imza atıb.

 

Oyun bu hesabla da bitib.

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

 

 

"Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:1

Qol: Kolokoudias, 14 - Cavid Hüseynov, 90+4 (pen.) 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR