Apasport.az saytının xəbərinə görə, Berti Foqtsun çalışdırdığı komandamızın rəqibi Özbəkistan yığması olub.Özbəkistan Azərbaycan üçün kifayət qədər tanış rəqibdi. Belə ki, millimiz tarixi ərzində bu komanda ilə 9 dəfə qarşılaşmışdı. 10-cu - yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi vardı. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilmişdi. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk etmişdilər.
Bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında bu qarşılaşmayadək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i yığmamızın aktivindəydi. Qalan 10 qolu isə özbəklər vurmuşdular.
Bu oyunda isə tərəflər çox çalışsa da, qapıya yol tapa bilmədilər və qarşılaşma sülhlə başa çatdı.
Yoldaşlıq görüşü
AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 0:0