Bakı – APA. Azərbaycan millisinin növbəti oyununun vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Avstriyada baş tutacaq Azərbaycan - Serbiya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşma Pölten şəhərindəki “NV Arena”da təşkil olunacaq. Bu stadion 8 min tamaşaçı tutumuna malikdi.
Qeyd edək ki, Serbiya ilə oyun AVRO-2016-nın seçmə mərhələsinin iyunun 12-də səfərdə Norveçlə baş tutacaq qarşılaşmasına hazırlıq xarakteri daşıyır.