Bank Of Baku

Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarılıb
# 03 avqust 2015 17:24 (UTC +04:00)

Bakı-APA. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

 

APA-nın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışına www.tickets.affa.az saytında da start verilib.

 

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR