Bank Of Baku

Azərbaycan milli komandasına müvəqqəti baş məşqçi təyin olunub - VİDEO

Azərbaycan milli komandasına müvəqqəti baş məşqçi təyin olunub - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 10:37 (UTC +04:00)

“Apasport.az” saytının məlumatına görə, AFFA baş məşqçi vəzifəsinin icrasını müvəqqəti olaraq Berti Foqtsun köməkçilərindən biri olmuş Mahmud Qurbanova tapşırıb. Milli komandanı noyabrın 16-da Bakıda Norveçlə keçiriləcək seçmə oyuna məhz Mahmud Qurbanov çıxaracaq.


Qeyd edək ki, Mahmud Qurbanov bir müddət "Kəpəz"in baş məşqçisi olub, milli komandada məşqçi köməkçisi vəzifəsində çalışıb. Futbolçu karyerasına “Kəpəz”də başlayan Mahmud Qurbanov müxtəlif illərdə “Neftçi”, “Şəmkir”, “İnter” və “Xəzər-Lənkəran” klublarının formasını geyib. Milli komandada 76 oyun keçirən Qurbanov bir qola imza atıb. 38 yaşında futbolçu karyerasını bitirən Mahmud Qurbanov 1992-ci ildən keçirilən futbol üzrə milli çempionatların hamısının iştirakçısı olub. 11 dəfə Azərbaycan çempionu olan yeni baş məşqçisi ölkə çempionatlarında 404 oyun keçirib ki, bu da rekord göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR