Bank Of Baku

Azərbaycan millisi Özbəkistanla yoxlama oyununa zəif heyətlə çıxacaq

Azərbaycan millisi Özbəkistanla yoxlama oyununa zəif heyətlə çıxacaq
# 08 avqust 2014 11:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi Özbəkistanla yoxlama oyununa zəifləmiş heyətlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqts avqustun 20-də baş tutacaq qarşılaşmada “Neftçi” və “Qarabağ”ın futbolçularından yararlana bilməyəcək.

Buna səbəb avrokubokların III təsnifat mərhələsinin nəticələridi.

Hər iki təmsilçimiz Avropa Liqasının pley-off mərhələsində oynayacağından, onların millinin matçında iştirakı mümkünsüzdü.

Çünki bu raundun ilk qarşılaşmaları avqustun 21-də baş tutacaq. Yığmamız isə bundan bir gün əvvəl oynayacaq. Hər hansı futbolçunun ardıcıl iki gün meydana çıxması isə heç inandırıcı görünmür.

Qeyd edək ki, “Qarabağ”dan Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov, Vüqar Nadirov, “Neftçi”dən isə Araz Abdullayev, Elvin Yunuszadə, Ruslan Qurbanov yığmaya çağırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR