Bank Of Baku

Azərbaycan millisinin bütün rəqibləri dünya çempionatında uğursuzluğa düçar olub

Azərbaycan millisinin bütün rəqibləri dünya çempionatında uğursuzluğa düçar olub
# 27 iyun 2014 10:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin bütün rəqibləri Braziliyada keçirilən dünya çempionatında uğursuzluğa düçar olublar. Apasport.az saytının məlumatına görə, komandamızın həm sabiq, həm də gələcək rəqibləri qrupda qalıblar.

 

Belə ki, DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Rusiya və Portuqaliya mundialın qrup mərhələsinin son gününün uğursuzları olublar. Seçmə mərhələdə yığmamız 3 məğlubiyyətini bu komandalardan alsa da, onlar birlikdə dünya çempionatında vur-tut 1 qələbə qazanıblar:

 

H qrupu

Rusiya – Cənubi Koreya – 1:1

Belçika – Rusiya – 1:0

Əlcəzair – Rusiya – 1:1

 

Belçika

3

3

0

0

4-1

9

Əlcəzair

3

1

1

1

6-5

4

Rusiya

3

0

2

1

2-3

2

C Koreya

3

0

1

2

3-6

1

 

G qrupu

Almaniya – Portuqaliya – 4:0

ABŞ – Portuqaliya – 2:2

Portuqaliya – Qana – 2:1

 

Almaniya

3

2

1

0

7-2

7

ABŞ

3

1

1

1

4-4

4

Portuqaliya

3

1

1

1

4-7

4

Qana

3

0

1

2

4-6

1

 

 

Bunadək isə millimizin gələcək - Avro-2016-dakı rəqibləri İtaliya ilə Xorvatiya uğursuzluq yaşamışdı. A və D qruplarında yer alan komandalar 1/8 finala yüksəlmək həsrətində qalıblar. Qitə çempionatının seçmə mərhələsindəki rəqiblərimiz də Rusiya və Portuqaliya kimi qrupda 3-cü olublar.

 

A qrupu

Braziliya – Xorvatiya – 3:1

Kamerun – Xorvatiya – 0:4

Xorvatiya – Meksika – 1:3

 

 Braziliya

3

2

1

0

7-2

7

Meksika

3

2

1

0

4-1

7

Xorvatiya

3

1

0

2

6-6

3

Kamerun

3

0

0

3

1-9

0

 

D qrupu

İngiltərə - İtaliya – 1:2

İtaliya – Kosta-Rika – 0:1

İtaliya – Uruqvay – 0:1

 

Kosta-Rika

3

2

1

0

4-1

7

Uruqvay

3

2

0

1

4-4

6

İtaliya

3

1

0

2

2-3

3

İngiltərə

3

0

1

2

2-4

1

 

Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu ABŞ millisi rəqiblərimizdən fərqli, 1/8 finala yüksəlib. Onlar Qanaya qalib gəldikdən (2:1) sonra Portuqaliya ilə heç-heçə (2:2) oynayıblar. Son turda isə Almaniyaya uduzmalarına baxmayaraq (0:1) qrup ikincisi kimi mərhələ adlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR