Bakı - APA. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveçlə qarşılaşacaq Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Mahmud Qurbanovun başçılıq etdiyi komanda skandinaviyalılarla görüşə hazırlıq məqsədilə U-21-i sınağa çəkəcək.
Bu gündən etibarən təlim-məşq toplanışına başlayan yığmamız Bernard Lippertin çalışdırdığı gəncləri noyabrın 9-da sınağa çəkəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı görüş saat 15:30-da başlayacaq.