Bank Of Baku

Azərbaycan yığması Yunanıstanla qarşılaşacaq

Azərbaycan yığması Yunanıstanla qarşılaşacaq
# 06 aprel 2015 10:19 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız bu məqsədlə aprelin 22-dən 24-dək Moldovada olacaq.

 

Baş məşqçi Tino Perezin komandası Kişinyovdakı turnirdə 2 oyun keçirəcək. Millimiz aprelin 23-də Yunanıstan, ertəsi gün isə Moldova yığması ilə qarşılaşacaq.

 

Qeyd edək ki, milli komandamız sentyabrın 15-də və 22-də Avropa çempionatının pley-off mərhələsində iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR